ADDA-da doktorantura üzrə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli 235 nömrəli qərarına əsasən yaradılıb və elmi-pedaqoji kadrların hazırlanmasının əsas formalarından biridir.
ADDA-da doktorantura öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.07.2010-cu il tarixli 129 nömrəli qərarına əsasən qurur.
ADDA-da doktoranturada təhsil fəlsəfə doktoru proqramı üzrə həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə asağıdaki ixtisaslarda hazırlıq aparılır :
3319.01 – “Gəmiçilik texnikası”
3319.02 – “Gəmiçilik və su nəqliyyatının istismarı”
3319.03 – “Gəmiqayırma və gəmi təmiri texnologiyası”
Doktoranturada elmi-pedaqoji kadrların hazırlığı dissertantura yolu ilə də reallaşdırılır. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil müddəti 4 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər. Təhsil alma qiyabi forma üzrə aparılır.
Doktorantura aşağıdakı funksiyaları yerinə yetirir:
Doktoranturaya qəbul qaydaları
| Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan(ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktorantura tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz. |
| Doktoranturaya qəbul hər il Azərbaycan Respublikası Nazirlər Kabinetinin təyin etdiyi müddətdə keçirilir. |
| Doktoranturaya qəbul üçün aşağıdaki sənədlər təqdim edilir: - Akademiyanın rektorun adına ərizə; - kadrların şəxsi-qeydiyyat vərəqi; - tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - iş yerindən xasiyyətnamə; - iş stajı olanlar üçün əmək kitabçasiından çıxarış; - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş sürəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - şəxsiyəti təsdiq edən sənədin sürəti. |
| Doktoranturaya qəbul olunanlarla elmi rəhbər müsahibə keçirir və bu müsahibənin nəticəsinə görə elmi rəhbərliyi həyata keçirməyə razı olduğu barədə qərarını doktorantura şöbəsinə yazılı təqdim edir. |
DOKTORANT VƏ DİSSERTANTLARIN TƏHSİLİ DÖVRÜNDƏ ATTESTASİYA MEYARLARI:
Birinci il üçün attestasiya şərtləri:
İkinci il üçün attestasiya şərtləri:
Üçüncü il üçün attestasiya şərtləri:
Dördüncü il üçün attestasiya şərtləri:
DİSSERTASİYA ŞURALARININ İŞİ
Son dörd ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işlərinin müdafiəsi üçün Akademiyaya 6 dəfə Birdəfəlik Dissertasiya Şurası verilib. Kafedralarda 7 dissertasiya işinin aprobasiyası keçirilib. Onlardan 6-sı müdafiəyə təqdim olunub. ADDA-nın doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin nəticələrinin aprobasiya olunması üçün müvafiq ixtisaslar üzrə elmi seminarlar yaradılmışdır.