- BEYNƏLXALQ ƏMƏKDAŞLIQ -

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. 

Hazırda Akademiyamız Rusiyanın Admiral  S.O. Makarov adına  Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universitetləri, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası,  Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı  adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk  Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya  Tədris  Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin Istanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir.

Eyni zamanda ADDA Litvanın İnformacine Raida, JSC və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əməkdaşlıq edir.

Bundan əlavə, ADDA İAMU (Beynəlxalq Dəniz  Universitetləri  Assosiasiyası), Xəzəryanı  ölkələrin  dövlət  universitetləri  Assosiasiyası və Beynəlxalq Tədris-Metodik birliyi kimi beynəlxalq universitet birliklərinin üzvüdür.

Akademiyamızın beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi Erasmus+  proqramını qeyd etmək olar. Belə ki, ADDA Erasmus+ proqramı çərçivəsində koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim etmişdir: “Development Education Management Information Systems”, “Promotion of Entrepreneurial Spirit in HEIs”, və Capacity building for establishing and developing of Transportation and Logistics    Engineering Curriculum (KARVAN).

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) xarici tərəfdaşları

  • Admiral O. Makarov adına  Dövlət Dəniz və Çay Donanması Universiteti (Sankt-Peterburq,  Rusiya)
  • Şetsin Dəniz Akademiyası (Polşa)
  • Latviya Dəniz Akademiyası (Latviya)
  • Estoniya Dəniz Akademiyası TTU (Estoniya)
  • Monteneqro Dövlət Universiteti (Çernoqoriya)
  • Varna Texniki Universiteti (Bolqarıstan)
  • Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti (Ukrayna)
  • Həştərxan Dövlət Texniki Universiteti (Rusiya)
  • Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan)
  • Odessa Milli Dəniz Universiteti (Ukrayna)
  • Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti (Rusiya)
  • Getman Petr Konaşeviç-Saqaydaçnıy adına Kiyev Dövlət su nəqliyyatı Akademiyası (Ukrayna)
  • Nevelskiy adına Dövlət Dəniz Universiteti (Vladivostok, Rusiya)
  • Istanbul Texniki Universiteti (Türkiyə)
  • Batumi Naviqasiya Tədris  Universiteti (Gürcüstan)
  • Batumi Dəniz Akademiyası (Gürcüstan)
  • Klaypeda Universiteti (Litva)