- MUZEY -

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ulu Öndər H.Əliyevin ömür yoluna həsr olunmuş muzey və guşə. 

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider H.Əliyev guşəsi yaradılması haqqında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC–yə yazılı müraciət olunmuş və  “Dənizçilər  klubu”nun  nəzdində fəaliyyət göstərən  H.Əliyev guşəsinin ADDA-nın nəzdinə verilməsi   müəyyən   edilmişdir.    “Azərbaycan   Xəzər  Dəniz  Gəmiçiliyi” QSC –nin  29 aprel 2015-ci il tarixli, CM 13/01-352 saylı məktubuna əsasən ADDA-nın giriş qapısının yanındakı zalda Ulu Öndərin büstü yerləşdirilmişdir.

Bundan əlavə  “Dənizçilər  klubu”na  aid H.Əliyev muzeyi də ADDA-nın rəhbərliyinin şəxsi təşəbbüsünə  əsasən akademiyanın  nəzdinə verilmişdir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ulu Öndər H.Əliyevin

ömür yolunu əks etdirən muzeyin yaradılması 27.05.2015-ci ildə başa çatdırılmışdır.

ADDA-nın geniş və işıqlı zalında müasir görünüşə malik muzeydə Ulu Öndərin zəngin həyatı, fəaliyyəti və irisini əks etdirən fotoşəkillər nümayiş etdirilir. 

Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzeyin xüsusi guşələrində Ulu Öndərin gənclik illəri, Böyük Vətən Müharibəsində iştirakı, ailə həyatı, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri və Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən fotoşəkillər toplanmışdır. O cümlədən, 70-ci illərdə Azərbaycanın bölgələrinə etdiyi səfərlər zamanı zəhmət adamları, cəbhə bölgəsində əsgərlər, dövlət və incəsənət xadimləri və  məktəblilərlə görüşünə, yeni layihələrlə bağlı açılışlarda iştirakına aid fotolar muzeyin guşələrini bəzəyir.

Muzeyin təşkil olunması Akademiyamız üçün çox əhəmiyyətlidir. Çünki, Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin keçdiyi həyat yolu burada təhsil alan gənclərimiz, dənizçi kadrlarımız üçün böyük bir məktəbdir.

Gələcəkdə tələbələrin və dənizçi kadrların davamlı olaraq muzeyə ekskursiyasının təşkil olunması, Ulu Öndərimizin həyat və fəaliyyəti ilə bağlı dolgun məlumat verilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması üçün geniş təbliğat nəzərdə tutulur.  Ekskursiyalar il ərzində hər gün mütəmadi şəkildə təşkil olunacaq.

 ADDA-da "Dənizçi Muzeyi" 

Azərbaycan Dövlət Dəniz Akademiyasında 1981-ci ildən Azərbaycan dənizçilik və gəmiqayırma tarixini özündə əks etdirən muzey fəaliyyət göstərir. Sözü gedən muzey 2002-ci ildə yenidən bərpa olunaraq təmir edilmiş, 2010-cu ildə isə muzeydə müasir standartlara uyğun olaraq təmir-bərpa işləri aparılmışdır.

Öz profilinə görə regionda yeganə təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyası fəaliyyət göstərdiyi illər ərzində istər tədrisdə, istərsə də elmi araşdırmalarda çox böyük uğurlar qazanıb.

Bu baxımdan muzeyin təşkil olunması Akademiyamız üçün çox əhəmiyyətlidir. Çünki dənizçiliyin inkişaf tarixinin öyrənilməsi burada təhsil alan gənclərimiz, dənizçi kadrlarımız üçün çox vacibdir.

Belə ki, muzeydə Azərbaycanın 1881-ci ildən başlayaraq dənizçilik sahəsindəki tarixini əks etdirən məlumat və fotolar yer alıb. İrsi dənizçilərin, Bakı Dənizçilik məktəbinin yaradıcıları və direktorlarının, tanınmış dənizçilərin, dənizçilik məktəbini bitirən və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgərlərin, məzunların fotoşəkilləri və onlar haqqında məlumat guşələrdə toplanıb. Bundan əlavə Xəzərdə və dıgər dənizlərdə üzən gəmilərin modelləri, suvenir, stend, kitab, albom, dənizçilik məktəbinin ilk məzununun dipiomu, buklet, kubok, maket, bayraq, vaza, vımpel,  şəkil və portretlər muzeyin guşələrini bəzəyir. Muzeyin ən qiymətli eksponatlarından biri də muzeyə hədiyyə olunmuş “İndigirka” gəmisinin şturvalıdır.

Müxtəlif ölkələrin elm xadimləri və vəzifəli şəxsləri ADDA-da olarkən muzeylə yaxından tanış olmuş və xatirə kitabına öz ürək sözlərini və xoş təsüratlarınıyazmışlar. Məsələn, 1997-ci ildə BDT-nın komissiyanın üzvü prof. M.Əziz, 2006-cı ildə Qazaxstan Nəqliyyat və Komunikasiya Akademiyasının nümayəndəsi B.Canbayev, 2009-cu ildə Rusiyanın Nəqliyyat Naziri İ.Levitin, 2009-cu ildə Polşa Dəniz Akademiyasının nümayəndəsi P.Rayevski, 2011-ci ildə Yaponiya Dəniz Administrasiyasının nümayəndəsi, 2012-ci ildə Odessa Milli Dəniz Akademiyasının professoru L.V.Yarovaya, 2012-ci ildə Varna şəhər Texniki Universitetinin rektoru prof.O.A.Farxi, 2012-ci ildə RMRS-nin baş direktoru M.Ayvazov, 2013-cü ildə İspaniyanın Nəqliyyat Nazirliyi Departamentinin nümayəndəsi, 2013-cü ildə ad.F.F.Uşakov adına Dövlət Dəniz Universitetinin rektoru prof.Ş.Kondraşov, 2014-cü ildə Getman Saqaydaçnıy adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyasının rektoru V.Panin, 2014-cü ildə Ş.Yesenov adına QDTİU-nin rektoru A.K.Botabekov, 2015-ci ildə Rusiya Nəqliyyat Nazirliyi DSD-nin direktor müavini V.V.Klüyev 2015-ci ildə Monteneqro Təhsil Naziri Sanja Valxoviç, Rusiya Federasiyasının ad. S.O.Makarov adına Dəniz Akademiyasının rektoru C.O.Barışnikov Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi,  Azərbaycan Yazıçılar Birliyinin sədri  Anar,  Detektiv janr üzrə  yazıb-yaradan Azərbaycanın dünya şöhrətli yazıçısı Çingiz Abdullayev, İstanbul Universitetinin Dəniz fakültəsinin dekanı Oğuz Salim və digər ölkələrin nümayəndələri xoş təəssüratlarını xatirə kitabına qeyd etmişlər.