- ADDA – DÜNƏN VƏ BUGÜN -

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Azərbaycan Dövlət Dəniz Akademiyasına gedən yol 

Respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının  "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək  BDT tərəfindən qəbul olunub.  Akademiya 012 nömrəsi altında  dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib.

Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. 

 Akademiyamız Rusiyanın admiral  S.O. Makarov adına  Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski  adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası,  Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro  Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı  adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk  Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya  Tədris  Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub.  

 

Keyfiyyətin Menecmenti Sistemi

Azərbaycan  Dövlət Dəniz Akademiyasında keyfiyyət sahəsində siyasət tədrisdə, təlim-trenajor mərkəzləri, dəniz nəqliyyatı mütəxəssislərinin təlimi və trenajor hazırlığı üzrə xidmətlərin yerinə yetirilməsi qaydasına və keyfiyyətə qoyulan tələbləri tənzimləyən beynəlxalq və milli standartların, norma və qaydaların şərtsiz yerinə yetirilməsinə əsaslanır və Akademiyada işlərin təşkilinin bütün səviyyələrini əhatə edir. Keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyətin menecmenti sisteminə əsaslanır.

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyir və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilir. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Azərbaycan Dövlət Dəniz Akademiyasının Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində apardığı beynəlxalq auditin nəticələri əsasında ABS-in "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABS-in uyğunluq sertifikatını əldə edib. Bütün bunlar ixtisas  və dənizçi hazırlığı üzrə xidmətlərin beynəlxalq və milli standartlara cavab  verməsini təmin edir.

 

Tədris-Fakültələr 

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) yüksək səviyyədə, müasir standartlara cavab verən  tədris prosesi qurulub.

Hazırda ADDA-da 2 fakültə və 7 kafedra fəaliyyət göstərir. Akademiyada  1093 tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 6 professor, 30 dosent, 47 baş müəllim və 17 assistent müəllim məşğul olur. Burada 4 ixtisas - "Dəniz naviqasiyası mühəndisliyi", "Gəmi energetik qurğularının istismarı mühəndisliyi", “Elektrik və elektronika mühəndisliyi”  , "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasları üzrə qəbul aparılır.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynadan gələn tələbələr də təhsil alır.

Gəmi mexanikası və elektromexanikası” fakültəsi dənizçilik sahəsində bakalavr, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssislərin, həmçinin elmi-pedoqoji kadrların hazırlığını aparır:  

Bakalavriat səviyyəsində:

  • Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  • “Elektrik və elektronika mühəndisliyi”

Magistratura səviyyəsində:

  • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
  • Elektrik mühəndisliyi

Doktorantura pilləsi üzrə:

  • Gəmiçilik texnikası

Fakültənin tərkibinə 3 kafedra daxildir: 

  • “Gəmi energetik qurğuları” kafedrası
  • “Gəmi elektroavtomatikası” kafedrası
  • “Tətbiqi mexanika” kafedrası

Fakültənin məzunları yalnız Xəzər dənizində deyil, dünyanın bütün sularında üzən gəmilərdə, aparıcı beynəlxalq şirkətlərdə, limanlarda, gəmi təmiri müəssisələrində çalışırlar.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər gəminin daxiliyanma mühərriklərinin və energetik qurğularının istismarı sahəsində çalışa bilərlər. Təhsil aldıqları dövrdə ali təhsil diplomu ilə yanaşı işçi diplom və müvafiq sertifikatlar alırlar ki, bu da məzunlara Azərbaycanın və xarici ölkələrin gəmiçilik şirkətlərində gəmi mexaniki və ya növbətçi mexanik kimi işləməyə imkan verir.

“Elektrik və elektronika mühəndisliyi” ixtisasını uğurla bitirən tələbələr gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis, dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində elektrik mexaniki vəzifələrində çalışa bilərlər.

“Gəmi sürücülüyü” fakültəsi dənizçilik sahəsində bakalavriat, magistratura və doktorantura pillələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır: 

Bakalavriat pilləsi üzrə:

  • Dəniz naviqasiyası mühəndisliyi
  • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Magistratura pilləsi üzrə:

  • Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
  • Dəniz texnikası və texnologiyası mühəndisliyi

Doktorantura pilləsi üzrə:

  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiqayırma və gəmi təmiri texnologiyası

Fakültənin tərkibinə 4 kafedra daxildir:

  • “Dəniz naviqasiyası” kafedrası
  • “Gəmiqayırma və gəmi təmiri” kafedrası
  • “Hümanitar fənlər” kafedrası
  • "İngilis dili" kafedrası

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının məzunları dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində kapitanın növbə köməkçisi, baş köməkçi və kapitan kimi məsul vəzifələrdə çalışa bilərlər.

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssislər müxtəlif təyinatlı gəmilərin layihələndirilməsini, inşasını və onların təmirini həyata keçirirlər. Elmi-tədqiqat institutlarında, gəmiqayırma və gəmi təmiri müəssisələrində texnoloq, konstruktor, sex və şöbə rəisləri, elmi işçi kimi işləyə bilərlər.

 

 Tədris gəmisi


Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri də tədris gəmisidir. Tədris gəmisindən konvension ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktiki məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur. 2015-ci il sentyabrın 15-dən tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “General Əsədov”, 2017-ci ildən isə “Sabit Orucov” sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini öyrənirlər.

 

İmkanlar

 

Bir sıra beynəlxalq dənizçilik qurumlarının üzvü olan və müvafiq sertifikatlara malik Azərbaycan Dövlət Dəniz Akademiyası ötən illərdə olduğu kimi, yeni tədris ilində də bu istiqamətdə fəaliyyətini genişləndirir. Belə ki, yeni tədris ilindən ADDA-da “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında ingilis dilində tədrisin təşkili nəzərdə tutulub.

Xəzər Dəniz Gəmiçiliyinin daim yüksəkixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan Akademiyanın təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunlarının işə qəbulu (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, habelə sosial müdafiəsinin gücləndirilməsi imkanları yaradılır.

Akademiyada yetişən dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədi ilə hər il Dəniz Akademiyasının bir qrup tələbəsi Qara dənizdəki gəmilərə üzmə təcrübəsinə göndərilir.

Akademiyanın zərbəçi və əlaçı tələbələri sırasından müvafiq seçimlər yolu ilə xarici ölkələrin dənizçilik ali məktəblərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin vəsaiti hesabına müddətli təhsilalma imkanının yaradılması da bu qəbildəndir.

Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılıb. Belə ki, akademiyada təhsil alan tələbələr tam təmirli yataqxana, gündə iki dəfə yemək, yay-qış  geyimləri ilə ödənişsiz təmin olunurlar.

 

Təlim Tədris Mərkəzi

 

 

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan Akademiyanın fəaliyyəti çoxşaxəli olmaqla, həm yüksəkixtisaslı dənizçi kadrların hazırlanması, həm də onların ixtisasartırma və yenidən hazırlanması istiqamətlərilə xarakterikdir.  Bu məqsədlə Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə "Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi" yaradılıb. 2014-cü ildən isə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılmasını Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi həyata keçirir. Təlim Tədris Mərkəzinin fəaliyyətinin əsas məqsədi gəmi heyətlərinin və dəniz obyektlərində işləyən mütəxəssislərin Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri (DHSNÇ) haqqında Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun hazırlanmasıdır. Mərkəzin nəzdində müvafiq ixtisaslar üzrə sıravi heyət mütəxəssislərinin hazırlanması da həyata keçirilir. 

Mərkəz Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından GH-07/1 N-li 27.04.2014-cü il tarixli şəhadətnaməsini və Rusiya Federasiyası Registrinin Şəhadətləndirmə Sistemi tərəfindən 14.1234.026 N-li 27 noyabr 2014-cü il tarixli İSO 9001:2008 keyfiyyət sertifikatını almışdır. Təlim Tədris Mərkəzində 53 adda kurslar üzrə dinləyici hazırlığı həyata keçirilir.

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil etmiş və “Bureau Veritas” Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən audit olunaraq Sertifikata layiq görülmüşdür.

Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının  nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilmişdir. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.

Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir. Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə qurumdur.

     

Maddi-texniki baza 

                                                  

 

 

Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə müasir avadanlıq və trenajorlarla təchiz edilmə prosesi ardıcıl şəkildə davam etdirilir. Son bir ildə Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən «Engine room simulator ERS4000», «NT-4000», «TQS» və «NS-3000» trenajorları alınaraq tədris prosesində istifadə edilir. Eyni zamanda Akademiyanın tələbələrinin istifadəsində olan «Radar», «Naviqasiya», «Elektron xəritə çəkmə», «GMDSS» trenajorları buna misaldır. 

Təlim Tədris Mərkəzində praktiki məşğələlərin təmin edilməsi üçün aşağıdakı avadanlıqlardan istifadə olunur: 

  1. Qravitasiya tipli AT xilasetmə qayığı.
  2. Xilasetmə salı “Wiking”.
  3. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru.
  4. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı.
  5. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDON firmasının istehsalı olan) trenajoru.
  6. “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru.
  7. “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru. 

 

Elektron kitabxana

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1996-cı il tarixli 91 nömrəli “Bakı Dəniz yolları məktəbi bazası əsasında Azərbaycan Dövlət Dəniz Akademiyasının təşkili haqqında” qərarına uyğun olaraq, Akademiyanın Elmi-texniki kitabxanasının ali məktəb kitabxanaları səviyyəsində təşkil olunması  üçün  əsaslı yenidənqurma işləri aparılmışdır. Hazırda kitabxana dənizçilik ixtisasının bütün sahələrini əks etdirən, çox zəngin ədəbiyyat fonduna malikdir. Burada 1800-cü illərin sonundan başlayaraq, müxtəlif elm sahələrinə aid 80 minə yaxın ədəbiyyat toplanmışdır. “Nadir və qiymətli ədəbiyyat fondu”, “Dərslik fondu”, “Bədii ədəbiyyat fondu”, “Mühazirələr fondu”, “Sorğu-məlumat fondu”, “ADDA-nın Elmi əsərləri” məcmuə fondu oxucuların istifadəsinə verilmişdir. Kitabxanada “Elektron kitabxana” zalı fəaliyyət göstərir. Oxucular fənn mühazirələrinin, laboratoriya işlərinin, metodik vəsaitlərin elektron versiyasından, həmçinin İNTERNET xəttilə digər kitabxanaların materiallarından çox rahatlıqla istifadə edə bilirlər. Elmi-texniki kitabxanada tələbələrə, professor-müəllim heyətinə, magistr və doktorantlara kitabxana-biblioqrafiya xidməti göstərilir. Kitabxananın qiraət zalları müasir standartlara uyğunlaşdırılmışdır, yeni, rahat mebel avadanlıqları, kompüter texnikası ilə təchiz edilmişdir.

Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün Akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriya, tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir. Dəniz Akademiyasının yeni korpusu da 2016-cı ildən tələbələrin istifadəsinə verilib. Kazım Kazımzadə küçəsi, 127 ünvanda yerləşən dördmərtəbəli bina Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir edilərək ərazisi abadlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi Akademiya tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Akademiyaya yeni rəhbər təyin olundu. Yeni rəhbərliyin uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesini daha yüksək səviyyədə qurmaq imkanı yaradır. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavriatura, magistratura, doktorantura) yüksək səviyyədə müasir standartlara cavab verən  tədris prosesi qurulub.

Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Türkiyə, Gürcüstan, Qazaxıstan və Hindistandan gələn tələbələr də təhsil alır. 

«Xəzər Dəniz Gəmiçiliyi»nin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin əsas kadr sütünu olan ADDA Cəmiyyət və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunur. Təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunların işlə təmin olunması (zəmanət məktublarının verilməsi əsasında), onların karyera inkişafı, əlavə təhsil alması, habelə sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin nəticəsidir.

Akademiyada yetişən dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədi ilə hər il Dəniz Akademiyasının seçilmiş tələbələri Qara dənizdəki gəmilərə yay üzmə təcrübəsinə göndərilir.

Akademiyanın zərbəçi və əlaçı tələbələri sırasından müvafiq seçimlər yolu ilə xarici ölkələrin dənizçilik ali məktəblərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti hesabına müddətli təhsilalma imkanının yaradılması da bu qəbildəndir. 

Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriya, tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir. Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Belə ki, akademiyada təhsil alan tələbələr tam təmirli, güzəştli şərtlə yataqxana, gündə iki dəfə yemək, yaz-qış  geyim formaları ilə ödənişsiz təmin olunur.  Onların təlabatını ödəyən,  azərbaycan, rus və ingilis dillərində çoxsaylı dənizçilik peşəsinə aid kitabla təmin olunmuş informasiya-resurs mərkəzi,  yeməkxana, idman zalları, hovuz vardır.

Dəniz Akademiyasının yeni korpusu da 2016-cı ildən tələbələrin istifadəsinə verildi. 

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. 

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.  Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol”  müsabiqəsini qeyd etmək yerinə düşərdi. Beləcə, üçüncü dəfə eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan  ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezdident İlham Əliyevin «Neft gəlirlərini insan kapitalına» çevirmək istiqamətində səylə çalışaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər.