- ELANLAR -
5077 Arxiv
ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək
2022.09.26 11:03

17-18 noyabr tarixlərində Azərbaycan  Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri”  mövzusunda online Beynəlxalq elmi-texniki  konfrans  keçirəcək.

İki gün davam edəcək Beynəlxalq elmi-texniki konfransda “Texniki elmlər”, “Yaşıl enerji texnologiyaları” və “Fundamental və humanitar elmlər” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfransda yerli universitetlər və təşkilatlarla yanaşı, bir sıra ölkələrdən (Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan və s.) alimlərin iştirakı gözlənilir. Təqdim olunan məqalələr konfransın məruzə materialları toplusuna daxil ediləcək. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələr "Scopus" bazasında indeksləşəcəkdir.

Konfrans materiallarını oktyabrın 25-dək adda.conference.2022@gmail.com elektron poçt ünvanına göndərmək olar. Ətraflı məlumatları aşağıdakı yükləmə linkinlərindən əldə edə bilərsiniz (əlaqə telefonu (+99455) 512 25 29 Elsevər Həsənov).

Yüklə : Az. ADDA

Загрузить : Rus ADDA

Download : Eng. ADDA