- ELANLAR -
4263 Arxiv
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASININ NƏZDİNDƏ AZƏRBAYCAN DƏNİZÇİLİK KOLLECİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2022.09.09 02:10

2022/2023-ci tədris ilində subbakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 12.09.2022-ci il (12.00-dan) tarixindən 21.09.2022-ci il (23.59-dək) tarixinədək Portal.edu.az -da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər:

  1. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
  2. Tələbənin imtiyazını təsdiq edən sənədlər.

Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr aşağıdakı adları qeyd olunan sənədləri Kollecin binasına (Cavanşir küçəsi,3, keçid 823) təqdim etməlidirlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Attestatın əsli və surəti;
  3. Ilkin rbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. Narkoloji və nevroloji dispanserdən arayış;
  6. 4 ədəd 3x4 ölçülü fotoşəkil;
  7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
  8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 

      Əlaqə nömrəsi: (050) 287-99-14