- ELANLAR -
3641 Arxiv
“Master-klass” dərsi
2022.05.17 11:40

"Tətbiqi mexanika" kafedrasının müdiri, professor Vaqif Həsənov “Texniki fənlərin tədrisində smart texnologiyalardan istifadə məsələləri” adlı master-class dərsinin prezentasiyasını hazırlayıb.

Mühazirədə  smart texnologiyalar haqqında ümumi məlumatlarla yanaşı, onların tətbiq sahələri və innovativ xüsusiyyətləri haqqında ətraflı məlumat verilir. Təcrübə göstərir ki, müasir tədris avadanlıqları və resursları yalnız sistemli, elmi və ardıcıl şəkildə tətbiq edildikdə təhsilin ayrılmaz hissəsinə çevrilə bilər.

Təhsil sistemində müasir tədris avadanlıqları və resurslardan istifadə dedikdə, ilk növbədə sinif otaqlarının fərdi kompüter, planşet, mediaproyektor, skaner, printer, “ağıllı” lövhələr və digər texniki avadanlıqlarla təhcizatı nəzərdə tutulur.

Master-class akademiyanın gənc müəllimləri, doktorant və magistrantları üçün nəzərdə tutulmuşdur. Prezentasiya ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

“Texniki fənlərin tədrisində smart texnologiyalardan istifadə məsələləri”