- ELANLAR -
4797 Arxiv
Azərbaycan Dövlət Dəniz Akademiyası vakant vəzifələrə qəbul elan edir.
2021.06.23 01:12

 

Azərbaycan Dövlət Dəniz Akademiyası vakant vəzifələrə qəbul elan edir.

Belə ki, ADDA-nın 4 kafedrası üzrə müəllimlər işə qəbul edilir. Vakansiyalarla sizi tanış edirik :  

  • “Gəmiqayırma və gəmi təmiri kafedrası” üzrə -

“Gəmi nəzəriyyəsi”, “Gəminin quruluşu və nəzəriyyəsi” (azərbaycan və ingilis dillərində) – 0,5 ştat baş müəllim

  • “Gəmi energetik qurğuları kafedrası” üzrə -

“Hidromexanika” (ingilis dilində) – əvəzçilik və yaxud saathesabı dosent və yaxud professor

  • “Dəniz naviqasiyası” kafedrası üzrə -

“Naviqasiya” (ingilis dilində), “Gəmi sürücülüyünün naviqasiya təminatı” (ingilis dilində), “Dənizçilik astronomiyası” (ingilis dilində), “Beynəlxalq konvensiyalar” (ingilis dilində),

“Fəlakət zamanı qlobal dəniz rabitə sistemi” (ingilis dilində) – saathesabı baş müəllim

  • “Humanitar fənlər” kafedrası üzrə -

“Fəlsəfə”  (ingilis dilində) –  saathesabı dosent və yaxud professor

“Rus dili” – saathesabı dosent və yaxud professor  

İşə qəbul zamanı Beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalələri çap edilən namizədlərə üstünlük veriləcək.

Arzu edənlər bu elan dərc ediləndən 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə tələb olunan sənədləri ADDA-nın əsas binasına təqdim etməlidirlər. Sənədlərin siyahısı bunlardır: 

 -  Şəxsiyyət vəsiqəsinin surəti;

 -  Kadrlar uçotunun şəxsi vərəqəsi;

 Tərcümeyi-hal;

 Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

-   Elmi və elmi-metodiki işlərin siyahısı;

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binası Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanında (“Sahil” metrosunun yaxınlığında) yerləşir.

Əlaqə nömrəsi: (012) 404 37 00 (daxili 3239).