- ELANLAR -
6519 Arxiv
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2021.04.07 12:42

2021/2022-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına
qəbul olmaq istəyən

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Hər il olduğu kimi 2021-ci ildə də 2021/2022-ci tədris ili üçün abituriyentlərin sənəd qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu il də Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul XÜSUSİ TİBBİ YOXLAMA APARILMADAN KEÇİRILƏCƏKDİR.
İmtahanların nəticələrinə əsasən müvafiq seçimi etdikdən sonra tələbə adını qazanmış abituriyentlər YAŞADIQLARI ƏRAZİ ÜZRƏ poliklinika tərəfindən verilmiş SAĞLAMLIQ HAQQINDA ARAYIŞI ADDA-ya təqdim etməlidirlər.

Bütün abituriyentlərə uğurlar arzulayırıq !