- ELANLAR -
1763 Arxiv
FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ «FƏLSƏFƏ» FƏNNİNDƏN QƏBUL İMTAHANI VERƏCƏK İDDİAÇILARIN NƏZƏRİNƏ!
2021.03.02 11:45

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. 

Xarici dil üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 25 və daha çox bal toplamış iddiaçılar Azərbaycan Dövlət Dəniz Akademiyasının doktoranturasına “Fəlsəfə” fənnindən qəbul imtahanını 9 mart 2021-ci il tarixində saat 11.00-da ADDA-da verəcəklər.

AMEA və Təhsil Nazirliyi tərəfindən birgə müəyyənləşdirilmiş imtahan proqramı və suallarla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

1. http://asoiu.edu.az/public/docs/Felsefe-doktorantura_proqram.pdf

2. http://asoiu.edu.az/public/docs/FELSEFE-azd_suallar.pdf