- ELANLAR -
9259 Arxiv
Azərbaycan Dənizçilik Kollecinə qəbul olanların nəzərinə!!! (sənəd qəbulu ilə bağlı)
2020.10.06 01:01

Əziz tələbələr!

Sizi Azərbaycan Dövlət Dəniz Akademiyası nəznində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinə qəbul olunmağınız münasibəti ilə təbrik edirik.

Nəzərinizə çatdırırıq ki, 2020/2021-ci tədris ili üzrə ADK-ya qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı 06 oktyabr–14 oktyabr 2020-ci il aralığına onlayn formada aparılacaq.

 

Bunun üçün abituriyentlər aşağıdakı linklərdən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

https://form.jotform.com/202791350088456

https://www.e-telebe.edu.az/account/login

Tələb olunan ilkin sənədlər bunlardır:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Attestatın surəti
  3. Abituriyentin elektron ərizəsi (iş nömrəsi) və Fin kodu
  4. Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
  5. 3x4 şəkil

 

Qeyd:

  1. Tələbə əyani dərslərə gələndə sənədlərin əslini gətirməlidir.
  2. Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:
  1. Pencək
  2. Şalvar
  3. Köynək
  4. Palto
  5. Yubka (qızlar üçün)

 

      Yazılan ölçülərin dəqiqliyinə görə tələbə özü məsuliyyət daşıyır.

      Əlaqə nömrəsi: (012) 371 34 30