- ELANLAR -
7175 Arxiv
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ !
2020.08.07 02:44

Azərbaycan Dövlət Dəniz Akademiyası abituriyentlərin nəzərinə bir daha çatdırmaq istəyir ki, 2020/2021-ci tədris ili üçün Akademiyaya qəbul digər ali təhsil müəssisələrində olduğu kimi aparılır. Dövlət İmtahan Mərkəzinin 1-ci qrup üzrə keçirdiyi qəbul imtahanlarının nəticəsinə əsasən ixtisas seçiminə buraxılan hər bir abituriyent ADDA-nın dörd ixtisasından birini seçə biləcək.

Həmçinin diqqətinizə çatdırmaq istəyirik ki, əvvəlki illərdən fərqli olaraq bu il imtahandan əvvəl XÜSUSİ TİBBİ YOXLAMADAN keçmək tələb olunmur. Akademiyaya qəbul olan abituriyent yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayışı digər sənədlərlə bir yerdə təqdim edəcək. Sənədlərin nə vaxt verilməsi barədə elan saytımızda və Akademiyanın sosial şəbəkələrində yerləşdiriləcək.

Bir daha bütün abituriyentlərimizə uğurlar arzulayırıq və qəbul imtahanlarının vaxtı barədə məlumatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinin rəsmi saytını (www.dim.gov.az) izləməyi tövsiyə edirik.