- ELANLAR -
7225 Arxiv
ADDA-da TƏKRAR ALİ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN SƏNƏD QƏBULUNUN VAXTI UZADILIB
2020.07.24 03:05

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ”       

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd  qəbulu 20 avqust 2020-ci ilə qədər uzadılıb.  

050605 – Dəniz naviqasiyası mühəndisliyi

050607 – Elektrik və elektronika mühəndisliyi

050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi        

050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 

Qəbul olmaq istəyənlər 20 avqust 2020-ci il tarixədək aşağıdakı sənədlərini elektron qaydada elanda qeyd olunmuş e-mail ünvanlara göndərir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • İş yerindən arayış (işlədiyi halda);
  • 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Sağlamlıq haqqında arayış.

 QEYD:   Bütün ixtisaslar üzrə təhsil haqqı 3800 AZN-dır.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə  təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə təkrar ali təhsil ala bilərlər.

Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18

Tel.: (+99412) 498-73-94

E-mail:  akademiya@acso.az ; asadulla.suleymanov@asco.az