- ELANLAR -
6575 Arxiv
Doktoranturada təhsil almaq istəyənlərin nəzərinə!
2019.12.18 02:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

                                                                      Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslara sənədlər qəbul edilir: 

3319.03 - “Gəmiqayırma və  gəmi təmiri texnologiyası” - doktorantura -  2 yer (qiyabi)

3319.01- “Gəmiçilik texnikası”  -  doktorantura - 1 yer (qiyabi), dissertantura - 2 yer

Elmlər  doktoru hazırlığı üzrə dissertanturaya aşağıdakı ixtisaslara sənədlər qəbul edilir:

3319.01 – “Gəmiçilik texnikası”  - 1 yer  

3319.03  - “Gəmiqayırma və  gəmi təmiri texnologiyası” - 1 yer

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya  sənədlər 18-28 dekabr 2019-cu il tarixlərində hər gün  saat 9:00–dan 17:00-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən əsas binasında (321-ci  otaqda) qəbul ediləcək.

Əlaqə telefonları: (012) 498 56 32 ( 3228)

E-mail: tamara.ismayilova@asco.az

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

 

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

 

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

 

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər ADDA-ya təqdim olunmalıdır:

- rektorun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

 

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

 

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

 

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər ADDA-ya təqdim olunmalıdır:

- rektorun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.

 

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər ADDA-ya təqdim olunmalıdır:

- rektorun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

REKTORLUQ

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Xarici dildən imtahanların müəyyən olunmuş proqram əsasında (Proqramı buradan yükləyə bilərsiniz) Dövlət İmtahan Mərkəzi tərəfindən 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.