- ELANLAR -
6640 Arxiv
Olimpiadada iştirak etmək istəyən tələbələrin nəzərinə!
2019.10.30 11:07

 

 

 

 

 

 

 

 

Sizi ümumpeşə hazırlığı (riyaziyyat, ingilis dilivə ixtisas fənləri üzrə olimpiadada iştiraka dəvət edirik !

Olimpiada aşağıdakı fənlər üzrə keçiriləcəkdir:

  • Riyaziyyat
  • İngilis dili
  • İxtisas fənləri

Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.

Olimpiadanın qalibləri diplomlar və sertifikatlarla təltif olunacaqlar.

Keçirilmə tarixi: 28-29 noyabr 2019-cu il, saat 1500 .

Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18).

Müsabiqə haqqında ətraflı məlumat: 

ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi

URL: www.adda.edu.az ;

E-mail: husniyya.qafarli@asco.az

 

Olimpiadanın qaliblərinin mükafatlandırılma qaydaları:

  Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyən olunacaq.

- I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilərək, topladıqları balla həmin fənn üzrə imtahandan azad ediləcək və birinci dərəcəli diplomla təltif ediləcəklər.

- II yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 10 bal, məşğələ üzrə 10 bal, sərbəst iş üzrə 10 bal qazanmış hesab ediləcəklər.

-  III yerin sahibləri sertifikatlarla  təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 5 bal, məşğələ üzrə 5 bal, sərbəst iş üzrə  5 bal qazanmış hesab ediləcəklər.

Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etməyiniz zəruridir.