- ELANLAR -
11608 Arxiv
DİQQƏT!!!DİQQƏT!!! TƏKRAR ALİ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ
2019.07.16 04:43

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

Dənizçilik sahəsində çalışan və ya ADDA-nı əvvəlki illərdə bitirən şəxslər üçün 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

  • 050620 – Dəniz naviqasiyası mühəndisliyi 
  • 050619 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  • 050626 – Elektrik mühəndisliyi 
  • 050618 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 Təkrar ali təhsilə sənədlərin qəbulu Akademiyanın əsas binasında həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri rəsmi və ya elektron qaydada təqdim edir, müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

 Sənədlərin qəbulu 2019-cu il iyul ayının 20-dən avqust ayının 20-dək aparılacaq.

 Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron formada təqdim etməlidirlər:

 1. Rektorun adına ərizə;

 2. Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);

 3. İş yerindən arayış; 

 4. 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

 5. Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD:

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə  təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olması şərtilə təkrar ali təhsil ala bilərlər. 

Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç. 18 

Tel.: (+99412) 493-36-44, (+99450) 277-02-94, (+99450) 278-06-76, (+99450) 278-06-02 

E-mail:  akademiya@acsc.az ; mehriban.quliyeva@asco.az