- ELANLAR -
9719 Arxiv
DİQQƏT! DİQQƏT! DİQQƏT!
2019.07.09 08:50

                                        HÖRMƏTLİ ABİTURİYENTLƏR!

Xatırladırıq ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, və “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmaq istəyənlər iyul ayının 31-ə qədər “Dənizçilər poliklinikası”- na müraciət etməlidirlər. 

İş günləri: I-VI günlər
Saat: 9:00-14:30

Tələb edilən sənədlər:
- Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsqiə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
- Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

“Dənizçilər poliklinikası”-nın ünvanı: 

Bakı ş. Yasamal r-nu, Kazım Kazımzadə küç. 120 A. (Gömrük hospitalının yanında) 

ARAYIŞ PULSUZDUR.

TİBBİ YOXLANIŞ ZAMANI RAST GƏLDİYİNİZ NEQATİV VƏ YA SÜRÜNDÜRMƏÇİLİK HALLARI İLƏ BAĞLI ADDA-nın ÜMUMİ İŞLƏR ÜZRƏ PROREKTORU ƏLİMƏRDAN QULİYEVLƏ (ƏLAQƏ NÖMRƏSİ: 050 277 02 95) ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ.

MÜDDƏTİN SONUNA 20 İŞ GÜNÜ QALIB!!!

ARAYIŞI ALMAĞA TƏLƏSİN!!!