- ELANLAR -
9893 Arxiv
DİQQƏT!!! DİQQƏT!!!
2019.03.27 09:47

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Dəniz Akademiyası 2019/2020-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

Bakalavr pilləsi üzrə:

Dəniz naviqasiyası mühəndisliyi

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Gəmi energetik qurğularının istismarı mühəndisliyi

Elektrik mühəndisliyi

Magistratura pilləsi üzrə:

Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

Elektrik mühəndisliyi

Dəniz texnikası və texnologiyası

Akademiyada təhsili öz istəyinizlə azərbaycan, rus və ya inglis dilində ala bilərsiniz və təhsildə istifadə edilən dərs vəsaitləri sizə ödənişsiz təqdim ediləcək. Yalnız bu  təhsil ocağının yeməkxanasında tələbələrə səhər və nahar yeməyi pulsuz verilir. Akademiyanı yüksək bal göstəricisi ilə bitirən məzun ASCO-nun zəmanətli məktubu ilə uyğun strukturlarda işlə təmin edilir.  Akademiyanın əlaçı tələbələri fərdi təqaüd proqramı ilə tədrislərini xaricdə də davam etdirmək imkanı əldə edirlər. Xüsusi geyim forması akademiyanın tələbələrinə fərqli görkəm verir.

Dənizləri fəth etməyə hazırsınızsa, dənizin bir addımlığında yerləşən Akademiyamız yolunuzu gözləyir.

Ünvan: Bakı, Zərifə Əliyeva küçəsi, 18, 012 4933644.