- ELANLAR -
7341 Arxiv
Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!
2019.04.16 03:25

Yaponiya səfirliyi tərəfindən Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında  brifinq keçiriləcəkdir.

MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi  tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramı olub (təhsil haqqından azad olma, aylıq təqaüd və ikitərəfli biletlə təmin olunma), Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.

Təqaüd proqramına sənəd qəbuluna aprel ayının sonları start veriləcəkdir. Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləyə bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html

https://www.facebook.com/JapanEmb.Azerbaijan/

Təqaüd proqramı haqqında ətraflı məlumat almaq və suallarınızın cavablandırılması üçün bütün maraqlı şəxsləri brifinqə dəvət edirik.

Keçən ilki proqram və seçimlər haqqında məlumat üçün linkə nəzər sala bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000315.html

Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqələrinizi mühafizə xidmətinə təqdim etməyi unutmayın.

Tarix: 22.04.2019 (bazar ertəsi)

Saat: (14:30 -16:00 Tədqiqatçı tələbələr, magistr və doktorantura təhsili üçün proqram)

Məkan: Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı (Ünvan: Rəşid Behbudov küçəsi 134)