- ELANLAR -
9643 Arxiv
2-3 may 2019-cu il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XIV Beynəlxalq elmi-texniki konfrans
2019.01.23 10:13

Hörmətli həmkarlar! 

2-3 may 2019-cu il tarixində Azərbaycan xalqının Ümummilli  Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XIV Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar.

 “SU NƏQLİYYATININ PROBLEMLƏRİ”

Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.

 KONFRANSDA  İŞTİRAK:          

Ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali məktəbi və AMEA-nın elmi-tədqiqat institutları ilə yanaşı, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Qazaxıstan,  Gürcüstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.  

KONFRANSIN  İŞİ  AŞAĞIDAKI  BÖLMƏLƏR  ÜZRƏ  KEÇİRİLƏCƏK:

  • Gəmiqayırma və gəmi təmiri texnologiyası
  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiçilik texnikası
  • Gəmiçilikdə təbiət elmlərinin problemləri
  • Gəmiçilikdə humanitar və dilçilik problemləri 

KONFRANSIN MATERİALLARI

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIV Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaqdır. Konfransın proqramı və əlavə məlumatlar təqdim olunacaqdır.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 15 mart 2019-cu il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak etmək mümkündür.

Xarici ölkə alimlərinin nəzərinə!

Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur. 

MƏQALƏLƏRİN  ÇAPA  TƏQDİM  OLUNMASINA  DAİR  YAZI QAYDALARI:

«Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Əsərləri» məcmuəsi İSSN indeksi altında təsdiqlənib və AAK-ın dövri elmi nəşrlər siyahısına daxildir. 

  1. Məqalələr Azərbaycan, ingilis və rus dilində yazıla bilər.
  2. Yazılar İBM uyumlu kompyuterin Microsoft Word yazı proqramında, A4 kağızının bir üzündə üç nüsxə kompyuter yazı səhifəsində, CD-də müəllifin imzaladığı ərizəsi ilə birlikdə və yaxud Jurnalın elektron ünvanlarına (science-asma@rambler.ru, sciencejournal@acsc.az) göndərilməlidir. Göndərilən məqalələr bu bölümlərdən ibarət olmalıdır: başlıq, müəllifin adı və soyadı, ünvanı, üç dildə xülasə və açar sözlər, giriş, tədqiqatın nəticələri və onun müzakirəsi, istinad ədəbiyyatı. Məqalənin sonunda elm sahəsinin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqdisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
  3. Başlıq ortada, qara və böyük hərflərlə yazılmalıdır. Başlıq xülasələrin yazıldığı hər üç dildə olmalıdır.
  4. Müəllifin adı başlığın altında (ortada olmaqla) yazılmalı, ünvanı və e-mail bildirilməlidir.
  5. Xülasə 100-150 söz aralığında olmaqla, 12 şrift yazı tipi böyüklüyündə, məqalənin yazıldığı dildə və bundan əlavə iki dildə - ingiliscə, rusca yaxud azərbaycanca olmalıdır. Məqalələrin hər üç dildə yazılmış xülasələri məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir. Açar sözlər məqalənin yazıldığı dildən əlavə digər iki dildə də verilməklə, ən azı üç sözdən ibarət olmalıdır. Məqalədə UOT, yaxud UDC, УДК (11 şrift) indekslər və ya PACS tipli kodlar göstərilməlidir.
  6. Şəkil, rəsm, grafik cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə və mətn içərisində olmalıdır. Şəkil, rəsm və qrafiklərin yazıları onların altında yazılmalıdır. Cədvəllərdə isə başlıq cədvəlin üstündə yazılmalıdır.
  7. Mənbələr mətn içərisində kvadrat mötərizə daxilində göstərməklə, məqalənin sonunda mətn daxilindəki sıra ilə düzülməlidir. Eyni mənbəyə iki və daha çox istinad edildikdə, əvvəlki sıra sayı saxlanmaqla müvafiq səhifələr göstərilməlidir. Məsələn: [7, səh. 15].

Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə nömrələnə bilər.

Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad edilən mənbənin biblioqrafik təsviri önun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir.

Mənbələr 12 şrift yazı tipi böyüklüyündə olmalıdır.

  1. Səhifə ölçüləri: A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Times New Roman yazı tipi ilə və tək simvol aralığında yazılmalıdır. Əlyazmanın həcmi 6-8 səhifədən çox olmamalıdır.
  2. Məqalələr jurnalın redaksiya heyətinin qərarı ilə çap olunur. Redaksiya düzəlişlər etmək üçün məqaləni müəllifə qaytara bilər.
  3. Jurnalda dərc olunmayan məqalələr geri qaytarılmır. 

TƏŞKİLAT KOMİTƏSİNİN    ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA;

E-mail: science-asma@rambler.ru, husniyya.qafarli@asco.az

Faks:(0994-12)493-75-21

Tel.:(012) 493-36-44, 493-09-19 (223).