- ELANLAR -
6607 Arxiv
Tələbə, magistrant və gənc tədqiqatçıların nəzərinə!
2019.01.11 09:48

Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur

“DƏNİZ  NƏQLİYYATININ  İNKİŞAF PERSPEKTİVLƏRİ”

Tələbə, magistrant gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı

4 aprel 2019-cu il, Bakı

Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Tətbiqi mexanika və riyaziyyat
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 11-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 11-dək ADDA-nın Elmi-tədqiqat qrupuna təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif olunacaqlar.

Ətraflı məlumat üçün Elmi-tədqiqat qrupuna müraciət etmək olar.