- ELANLAR -
7755 Arxiv
Əziz tələbələr! Sizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş ümumpeşə hazırlığı fənləri üzrə olimpiadada iştirak etməyə dəvət edirik !
2018.10.09 09:50

Olimpiada aşağıdakı fənlər üzrə keçiriləcəkdir:

  • Riyaziyyat
  • Fizika
  • İngilis dili

Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.

Olimpiadanın qalibləri diplomlar və sertifikatlarla təltif olunacaqlar.

Keçirilmə tarixi: 29 – 30 noyabr 2018-ci il, saat 1500 .

Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18).

Müsabiqə haqqında ətraflı məlumat: 

URL: www.adda.edu.az ;

E-mail: husniyya.qafarli@acsc.az

Faks: (0994-12)493-75-21, tel.: 493-75-21, 493-36-44 (223, 113).

 Olimpiadanın qaliblərinin mükafatlandırılma qaydaları:

  • Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyən olunacaq.
  • I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilərək, həmin fənn üzrə imtahandan azad ediləcəklər və birinci dərəcəli diplomla təltif ediləcəklər.
  • II yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 10 bal, məşğələ üzrə 10 bal, sərbəst iş üzrə  10 bal qazanmış hesab ediləcəklər.
  • III yerin sahibləri sertifikatlarla  təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 5 bal, məşğələ üzrə 5 bal, sərbəst iş üzrə  5 bal qazanmış hesab ediləcəklər.

Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat qrupuna müraciət etməyiniz zəruridir.