- ELANLAR -
9770 Arxiv
Yeni qəbul olan tələbələrin nəzərinə!
2018.09.05 05:29

Yeni tədris ili başlananadək Akademiyada tələbələrin andiçmə mərasimi keçiriləcək. Bu andın mətni ilə sizi tanış edirik:

 

T Ə L Ə B Ə   A N D I

 

Mən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına daxil olmaqla, bütün yoldaşlarım və müəllimlərim qarşısında təntənəli surətdə and içirəm:

 

  • Dəniz Akademiyasının tələbəsi adını yüksək tutacağıma, elm və biliklərə dərindən yiyələnmək üçün var qüvvəmlə səy göstərəcəyimə

AND İÇİRƏM!

  • Akademiyanın və dənizçi peşəsinin ənənələrini qoruyacağıma və davam etdirəcəyimə, dənizçi formasına hörmətlə yanaşacağıma və onu şərəflə daşıyacağıma

AND İÇİRƏM!

  • Müəllimlərimə hörmətlə yanaşacağıma, Akademiyanın həyatında fəal iştirak edəcəyimə

AND İÇİRƏM!

  • Qazandığım bilik və bacarığımı doğma Azərbaycanımızın qüdrətlənməsinə və inkişafına sərf edəcəyimə

AND İÇİRƏM!

  • Dövlətçiliyimizə və xalqımıza sədaqətli, Azərbaycana layiqli vətəndaş olacağıma

AND İÇİRƏM!

AND İÇİRƏM!

AND İÇİRƏM!